Keçid linkləri

2025, 16 Avqust, şənbə, Bakı vaxtı 17:27
Vladimir Putin və Donald Tramp Alyaskanın Ankoric şəhərindəki "Elmendorf-Riçardson" hərbi bazasında.
Vladimir Putin və Donald Tramp Alyaskanın Ankoric şəhərindəki "Elmendorf-Riçardson" hərbi bazasında.

Tramp və Putin Alyaskada görüşdü

ABŞ prezidenti Ukrayna ilə bağlı danışıqlarda razılıq əldə olunmadığını bildirib.

Tramp Putinlə görüşün məqsədini açıqladı

Rusiya prezidenti Vladimir Putinlə görüşün məqsədi Ukraynadakı münaqişəni dayandırmaqdır. Bunu ABŞ prezidenti Donald Tramp deyib.

"Mən ona deyəcəyəm ki, "sən bu müharibəni dayandırmalısan"", - Tramp bildirib.

ABŞ prezidenti qarşıdakı görüşü "sınaq məqsədli" adlandırıb və konstruktiv söhbətə ümid etdiyini, bundan sonra Avropa liderlərinə zəng vuracağını bildirib. O, etiraf edir ki, Putinlə görüş həm "yaxşı", həm də "pis" ola bilər. ABŞ prezidentinin sözlərinə görə, o, görüşün ilk iki dəqiqəsində razılaşmanın mümkün olub-olmadığını anlayacaq.

Tramp vasitəçilik səylərini dayandırmağa qərar verəcəyini istisna etməyib, lakin bu halda, onun fikrincə, heç bir nizamlanma olmayacaq: ""Uğurlar!" deyib çıxıb gedə bilərəm - vəssalam... Putinin bütün Ukraynanı istədiyinə inananlar var. Yeri gəlmişkən, mən də onlardan biriyəm. Düşünürəm ki, mən olmasaydım, o, indi heç kimlə danışmazdı. Amma mən onunla görüşəcəm. Sövdələşmənin parametrlərini müzakirə edəcəyik. Sonra isə Volodimir Zelenski və Avropa liderlərinə zəng edəcəyəm".

Amerika prezidenti nizamlama çərçivəsində "bəzi" ərazi mübadiləsini mümkün hesab edir.

Tramp və Putin Alyaskada görüşəcəklər

ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında görüş avqustun 15-də Alyaskada baş tutacaq. Bu barədə avqustun 8-də D.Tramp bildirib.

Onun təxmininə görə, Rusiya və Ukrayna arasında potensial sülh sazişi ərazi mübadiləsini əhatə edəcək. "Hər iki tərəfin qarşılıqlı faydası üçün müəyyən ərazi mübadiləsi olacaq... Nəyisə geri verəcəyik, nəyisə mübadilə edəcəyik", - Tramp jurnalistlərə izah edib. O bu barədə yaxın vaxtlarda konkret söhbətin olacağını bildirib.

XS
SM
MD
LG